Zəmanət şərtlərinə daxil olan hallar:
- Zəmanət müddəti mebelin ünvana çatdırıldığı gündən başlamaqla 24 aydır və elektrik aksessuarları istisna olmaqla mebelin bütün hissələrinə aiddir;
- Çatdırılma-quraşdırılma xidməti müştərinin sifarişinə əsasən 7-30 gün ərzində həyata keçirilir. Bu müddət müştərinin istəyindən asılı olaraq (servislə razılışdırılmaqla) uzadıla bilər;
- Mebelin təmirdə olduğu vaxt zəmanət müddətinə daxil deyil və təmirdə olduğu vaxt zəmanət müddətinə əlavə olunur. Təmir işləri 60 gündən çox olmayan müddət ərzində başa çatdırılır;
- Zəmanət müddəti daxilində istehsal və xidmət xətalarından yaranmış qüsurlara görə mebel hissəsinin dəyişdirilməsi, təmir olunması və ya mebelin yenilənməsi Bizim şirkətə aiddir.
Zəmanət şərtlərinə daxil olmayan hallar:
- Zəmanət müddəti bitibsə;
- Mebelin çatdırılması və quraşdırılması təyin etdiyi çatdırılma və quraşdırılma xidmətinə aid işçi heyəti tərəfindən həyata keçirilmədikdə;
- Mebeli bizim təyin etmədiyimiz şəxs təmir etdikdə;
- Mebeldən istifadə, saxlama və təmizləmə qaydalarına əməl olunmadıqda;
- İstehsakçı tərəfindən mebelə zərər (cızılma, əzilmə, qırılma, yırtılma və s.) yetirildikdə;
- Hər hansı bir fövqəladə hadisə nəticəsində mebelə zərər dəydikdə.
Mebelin dəyişdirilməsi və ya qaytarılması aşağıdaki hallarda təmin edilir:
Müştəri mebelin sifarişi zamanı onun ölçüsü, modeli və dizayn seçimində yanlışlığa yol verərsə mebelin qaytarılmasından və ya dəyişdirilməsindən imtına etmək hüququna malikdir.